Rusiyanın məşhur "Ruki vverx!" qrupu 14 illik fasilədən sonra yeni albom çıxarır. Albom rəqəmsal platformalarla yanaşı, audio kasetlərdə də satışa çıxarılacaq.
Qrupun lideri Sergey Jukov "Ura.ru"ya müsahibəsində bildirib ki, alboma 15 yeni mahnı daxildir. Heç bir remiks və ya duet yoxdur.
Jukov qeyd edib ki, albom tədricən təqdim olunacaq: mayın 22-dən etibarən hər cümə günü yeni mahnı yayımlanacaq. Bu, "Lujniki" stadionundakı böyük konsertə qədər davam edəcək.












