İspaniya məhkəməsi kolumbiyalı pop-ulduz Şakiranın 2011-ci il vergi iddiaları ilə bağlı keçmiş qərarı ləğv edib və müğənninin xeyrinə hökm çıxarıb.
İspaniya Milli Məhkəmə Kollegiyasının rəsmi açıqlamasına görə, Vergi Agentliyinin cərimələri ləğv olunub. 55 milyon avrodan çox məbləğ geri qaytarılacaq.
Məhkəmə qərara alıb ki, Şakira 2011-ci ildə İspaniyada 183 gündən az (cəmi 163 gün) qalıb, buna görə də vergi rezidenti sayıla bilməz.
49 yaşlı sənətçi dünya miqyasında müğənni, bəstəkar, rəqqasə və model kimi tanınır. O, Los-Ancelesdəki Şöhrət xiyabanında şəxsi ulduza sahibdir.












