"Alf" serialının məşhur aktrisası Enn Şedi 77 yaşında vəfat edib.
Onun yaxınları bu xəbəri sosial şəbəkələrdə paylaşıb.
Aktrisa ailəsinin əhatəsində dünyasını dəyişib. Ölüm səbəbi hələ açıqlanmayıb.
Enn Şedi 1986-1990-cı illərdə yayımlanan "Alf" serialında Keyt Tanner rolunu canlandırıb.
O, karyerasına 1970-ci illərdə başlasa da, ən böyük şöhrəti məhz bu serialda qazanıb.
"Alf" dünyanın bir çox ölkəsində məşhurlaşıb və XX əsrin ən tanınmış teleseriallarından biri olub.












