Məşhur bloqer Hasbulla Maqomedovun Toyota Camry-si icarəyə götürən şəxs tərəfindən qaçırılıb.
Hadisə Dağıstanda baş verib. Bloqer avtomobilini İnquşetiya sakininə icarəyə verib.
İcarəçi maşını götürdükdən sonra naviqasiyanı söndürüb və əlaqəni kəsib.
Hasbulla üç gün gözlədikdən sonra polisə müraciət edib və sosial şəbəkədə kömək istəyib.
İzləyiciləri 6 saata maşını və oğrunu tapıblar.












