Məşhur aktyor Dastin Hoffman və aktrisa Jülyet Binoş Karlovı-Varı Beynəlxalq Kino Festivalının əsas mükafatına layiq görülüb.
Festivalın icraçı direktoru Kriştof Muxa bildirib ki, onlar “Kristal Qlobus” mükafatını dünya kinematoqrafiyasına verdikləri töhfələrə görə alacaqlar.
Mükafat operator Robert Riçardsona da təqdim olunacaq.
Karlovı-Varı festivalı 1946-cı ildən keçirilir və Avropanın ən qədim kino festivallarından biridir.
Bu il festival iyulun 3-dən 11-dək baş tutacaq. Əsas müsabiqə tammetrajlı bədii və sənədli filmlər üzrədir.












