Türkiyəli pop-müğənni Tan Taşçının İzmirdəki konserti az qala faciə ilə nəticələnəcəkdi.
Hadisə müğənninin şelfi çəkərkən səhnənin kənarına yaxınlaşıb tamaşaçının telefonunu götürmək istədiyi vaxt baş verib.
Bu anlarda səhnə dekorasiyası üçün quraşdırılmış alov generatoru işə düşüb və alov müğənninin üzünü bürüyüb.
Nəticədə onun saçının bir hissəsi yanıb. Amma müğənni konserti davam etdirib.











