Bond.az White LogoBond.az Black Logo

Metyu Perrinin ölümü ilə bağlı şok ittiham - FOTO

Metyu Perrinin keçmiş köməkçisi Kennet İvamasa sübutları məhv etməkdə ittiham olunur. FBI onu yalan danışmaqda günahlandırır.

Samir Məmmədov
Müəllif:Samir Məmmədov- Senior Editor
|
0

Məşhur "Friends" ulduzu Metyu Perrinin keçmiş köməkçisi Kennet İvamasa sübutların məhv edilməsi ilə bağlı ittiham olunub. Bu barədə TMZ məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Perrinin ölümündən sonra İvamasa başqa bir şəxsə ketaminlə bağlı sübutları məhv etməyi, sənədlərdən qurtulmağı və rəqəmsal qeydləri silməyi tapşırıb.

Federal Təhqiqat Bürosu (FBI) bildirir ki, aktyorun keçmiş köməkçisi müstəntiqlərə dəfələrlə yalan danışıb. Əvvəlcə o, Perrinin ölüm günü ketamin qəbul etdiyini gizlədib, sonra isə aktyorun ampulları özü gizlətdiyini iddia edib. Lakin prokurorluq bu iddiaların yalan olduğunu deyir.

Bəyanatda qeyd edilir ki, İvamasa "B.M." adlı şəxsə Perrinin ölümündən sonra ketamin flakonlarını və şprisləri məhv etməyi tapşırıb. O, həmçinin həkim Salvador Plasensianın reseptinin məhv edilməsini əmr edib.

FBI-nin məlumatına görə, İvamasa daha sonra vasitəçi Erik Fleminqlə telefon danışığında törətdiklərini etiraf edib.

Xatırladaq ki, 54 yaşlı Metyu Perri 2023-cü il oktyabrın 28-də ketaminin normadan artıq qəbulu nəticəsində vəfat edib. Aktyorun ölümündən əvvəlki üç gündə ona təyin ediləndən əlavə 27 doza ketamin qəbul etdiyi məlum olub.

Digər Xəbərlər
Bu gün / 06:02
|
984

BTS ABŞ-də yüksək mükafat qazandı - VİDEO

BTS, American Music Awards-da 'İlin artisti' nominasiyasını qazanaraq böyük uğura imza atdı.

0
Dünən / 22:31
|
562

Nolan Keycdən niyə inciyib?

Nikolas Keyc Kristofer Nolanın onun zənglərinə niyə cavab vermədiyini açıqlayıb. Rejissor 2002-ci ildə rol təklifindən imtina edildikdən sonra inciyib.

0
2026-05-23 20:16
|
296

Netflix aktyoru Kanadada ölü tapıldı

Netflix aktyoru Stüart Maklin Kanadada ölü tapıldı. 45 yaşlı aktyor itkin düşmüşdü, meyiti Lions Bay bölgəsində aşkarlanıb.

0
2026-05-23 11:46
|
677

İzmirdə konsertdə qorxulu anlar

İzmirdə konsertdə Tan Taşçının üzünü alov bürüdü, saçının bir hissəsi yandı. Qorxulu anların videosu.

0
2026-05-23 11:01
|
957

Elza Seyidcahan: 'Oxucuları əhilləşdirdim'

Elza Seyidcahan oxucularını əhilləşdirdiyini və heyvanlara bənzətdiyini söylədi. Müğənni tənqidçilərə də cavab verdi.

0
2026-05-23 07:46
|
520

Rob Beys 60 yaşında vəfat etdi

Məşhur rep ifaçısı Rob Beys 60 yaşında xərçəng xəstəliyindən vəfat etdi. It Takes Two hiti ilə tanınan sənətçinin ölümü sənət dünyasını yasa batırdı.

0
2026-05-22 21:33
|
544

Eyyub Yaqubovun müəllimi söz-söhbətlərə cavab verdi

Eyyub Yaqubovun müəllimi Vaqif Əsədov söz-söhbətlərə cavab verib: "Eyyub mənə kömək edir deyirlər, ağır gəlir". Musiqiçi keçmiş və indiki toyları müqayisə edib.

0
2026-05-22 21:32
|
265

Kann Film Festivalında itlərə mükafat

Kann Film Festivalında ən yaxşı it roluna görə Palm Dog mükafatı Yuiri adlı itə verildi. La Perra filmi, festival detalları və keçmiş qaliblər haqqında məlumat.

0
2026-05-22 07:18
|
216

Türkiyədə narkotik əməliyyatlarında saxlanılan məşhurlar sərbəst buraxıldı

Türkiyədə narkotik əməliyyatlarında saxlanılan 10 məşhur sərbəst buraxıldı. Aslıhan Turanlı, Berkay Şahin, Hakan Aydın və digərləri barəsində çıxış qadağası qoyuldu.

0
2026-05-21 22:02
|
313

Ruki Vverx! liderindən şok etiraf

Ruki Vverx! qrupunun lideri Sergey Jukov 90-cı illərdə Orexovskaya cinayətkar dəstəsinin himayəsində olduqlarını etiraf edib. Şou-biznesin qaranlıq üzü.

0
2026-05-21 21:32
|
952

Xaç atası 4: Konni hekayəsi

Xaç atası filminin dördüncü hissəsi 2027-ci ildə Konni romanı əsasında çəkiləcək. Korleone ailəsinin hekayəsi ilk dəfə qadın perspektivindən danışılacaq.

0
2026-05-21 09:48
|
858

Hindistanda müğənni İnder Kaurun meyiti kanaldan tapıldı

Hindistanda məşhur müğənni İnder Kaurun meyiti itkin düşməsindən beş gün sonra kanaldan tapılıb. Polis qətl, qaçırılma və məcburi evlilik versiyalarını araşdırır.

0
...