Məşhur amerikalı müğənni Teylor Sviftin sərvəti iki milyard dollara çatıb. Bu, onun "The Eras" turnesi sayəsində mümkün olub.
"Forbes" nəşri tərəfindən tərtib edilən yenilənmiş "Iconoclast 50" siyahısında Svift də yer alıb. Siyahıda Donald Tramp, İlon Mask, Mark Zukerberq kimi tanınmış simalar var.
Onun sərvətinin artmasına 2023-2024-cü illərdə keçirilən turnə (2,2 milyard dollar gəlir) və musiqi buraxılışları səbəb olub. Svift öz səs yazılarının hüquqlarını 360 milyon dollara geri alıb.
Buna baxmayaraq, o, hələ dünyanın ən zəngin musiqiçisi deyil. Bu siyahıda 2,8 milyard dollarla Jay-Z liderdir.












