İsveçli atlet və "Dəlisov Maks" filminin ulduzu Kyel Nilsson 76 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Aktyorun nümayəndəsinin sözlərinə görə, Nilsson son dörd ildə böyrək xəstəliyindən əziyyət çəkirdi. O, Avstraliyanın Kvinslend ştatında, ailəsinin əhatəsində dünyasını dəyişib.
Aktyor 1981-ci ildə ekranlara çıxan "Dəlisov Maks 2: Yol döyüşçüsü" filmindəki talançılar dəstəsinin amansız lideri Lord Humunqus obrazı ilə məşhurlaşıb.
Nilsson daha sonra "Piratlar" (1982), "Söz adamı" (1984) və "Hakimiyyətin astanasında" (1987) filmlərində də rol alıb. Lakin ona ən böyük şöhrəti məhz Lord Humunqus obrazı qazandırıb. Bu obraz bu gün də həmin franşizanın ən yaddaqalan mənfi qəhrəmanlarından biri hesab olunur.












