Bond.az White LogoBond.az Black Logo

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində

Bakı turizm bazarında yenidən diqqət mərkəzində: bahalı biletlər ucuzlaşa bilər. AZAL Təl-Əviv və Dubaya uçuşları bərpa edir, turizmçilər canlanma gözləyir.

Rasim Bayramov
Müəllif:Rasim Bayramov- Senior Editor
|
0

Yaxın Şərq regionunda ABŞ və İsraillə İran arasında hərbi gərginlik turizm axınına ciddi təsir göstərdi. Təhlükəsizlik narahatlıqları, nəqliyyat məhdudiyyətləri və mənfi imic turistlərin səyahət qərarlarını təsir edərək regiona marağı azaltdı.

Ancaq döyüş əməliyyatları dayanıb, ölkələr hava məkanlarını açır. 'Azərbaycan Hava Yolları' (AZAL) Təl-Əvivə və Dubaya uçuşları bərpa edir. Turizmçilər bu istiqamətlərə uçuşların bərpasının ölkə turizmində canlanmaya səbəb olacağını düşünürlər.

Turizmçi Azər Hüseynov: 'Uçuşların bərpası süni qiymət təzyiqini aradan qaldıracaq, bazarda daha real və balanslı qiymət siyasəti formalaşacaq.'

Turizmçi Sürəyya Axundova: 'Bakı-Dubay-Bakı marşrutu bərpa olunur, Dubaydan digər Asiya ölkələrinə gediş-gəliş rahatlaşır.'

Turizmçi Əfsun Əhmədov: 'Uçuşlar bərpa olunandan sonra Azərbaycana gələn turist sayında 2-3 dəfə artım olacaq.'

Turizmçi Vüsalə Sultan-Əhmədi: 'Dubaya səfərlərin əsil vaxtıdır, reyslər əvvəlki vəziyyətinə qayıdacaq.'

Turizm eksperti Əziz Şiriyev: 'Sülh turizmin inkişafına birbaşa töhfə verir, may ayından uçuşların bərpası həm gələn turist sayına, həm də getmək istəyənlərə müsbət təsir göstərəcək.'

Digər Xəbərlər
Dünən / 15:31
|
295

Aİ Naxçıvana dəmir yolu investisiyası qoyur

Avropa İttifaqı Naxçıvanda dəmir yolu layihəsinə investisiya qoyur. Detallar və ekspert rəyləri Bond.az-da.

0
2026-06-01 06:34
|
659

FLYONE Asia Bakı və Gəncəyə uçuşlara başlayıb

FLYONE Asia aviaşirkəti Daşkənddən Bakı və Gəncəyə müntəzəm uçuşlara başlayıb. Yeni marşrutlar haqqında ətraflı məlumat.

0
2026-05-30 21:01
|
221

AZAL Gəncədən Sankt-Peterburqa uçuşları bərpa etdi

AZAL Gəncədən Sankt-Peterburqa uçuşları bərpa etdi. İlk reys mayın 30-da həyata keçirilib, uçuşlar həftədə bir dəfə şənbə günləri olacaq.

0
2026-05-27 07:33
|
641

Bakıda WUF13 hotelləri bahalaşdırdı

WUF13 zamanı Bakıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 620 manata qədər bahalaşıb, doluluq 100%-ə çatıb.

0
2026-05-23 01:01
|
281

Bayramda kənd evlərinə tələb artdı - Qiymətlər

Qurban bayramı ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb. İsmayıllı, Lənkəran və Zaqatalada qiymətlər bəlli oldu.

0
...