Göz əsməsi, yəni göz qapağının qeyri-iradi seyirtməsi, bir çox insanın qarşılaşdığı bir haldır. Bəs bu nədən qaynaqlanır?
Rusiyalı həkim Aleksandr Umnov, bu vəziyyətin psixonevroloji pozğunluqlar, xroniki yuxu çatışmazlığı və ya stresslə əlaqəli ola biləcəyini bildirir. O, həmçinin göz əsməsinin daha ciddi xəstəliklərin xəbərçisi ola biləcəyini vurğulayır.
Göz tiksləri Turet sindromu və ya autizm kimi nevroloji problemlərlə də bağlıdır. Hətta kəllə-beyin travması və ya infeksiyalar da göz əsməsinə səbəb ola bilər.
Blefarospazm adlanan bu hal, quru göz sindromu və ya vitamin çatışmazlığından da yaranır. Maqnezium və B qrupu vitaminlərinin əskikliyi də unudulmamalıdır.












