Sumqayıtda doğulan mozaika ustası Xatirə Tapdıqova uşaq yaşlarından sənətə bağlı olub.
Memar-dizayner kimi təhsil alan Xatirə xanım 22 yaşından etibarən mozaika ilə məşğul olur.
Onun əsərləri Şərq ədəbiyyatından, xüsusilə Nizami, Firdovsi, Cami kimi klassiklərin yaradıcılığından ilhamlanır.
Xatirə Tapdıqova mozaika əsərlərini sədəf və gümüşün harmoniyası ilə yaradır.
Hər bir əsərin hazırlanması təxminən bir ay çəkir və xüsusi dəqiqlik tələb edir.
Sənətkarın məqsədi Azərbaycan miniatür ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürməkdir.












