Dünyada milyonlarla insan prediabetlə yaşayır. Bu, qan şəkərinin normaldan yüksək olduğu, lakin diabet həddinə çatmadığı bir vəziyyətdir. Çox vaxt heç bir simptom vermir.
Daily Mirror-a danışan həkim Dominik Qrinyer bildirib ki, prediabet ürək-damar xəstəlikləri və ikinci tip diabet riskini artırır. Zamanında aşkarlanmasa, diabetə çevrilə bilər.
Bir çox insan prediabeti yalnız müayinələr zamanı öyrənir. Ancaq erkən diaqnoz həyat tərzi dəyişiklikləri ilə vəziyyətin geri dönməsinə imkan verir.
Həkim tövsiyə edir: yüksək fiziki aktivlik, bitki qidaları ilə qidalanma, çəki nəzarəti. Xüsusilə artıq çəkisi, yüksək təzyiqi olanlar və ailəsində diabet olanlar risk altındadır.












