"Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-Maskat istiqamətində müntəzəm reys açmağı planlaşdırır.
Bu barədə Azərbaycanın Omandakı səfirliyi məlumat yayıb.
Muskat şəhərində AZAL-ın Muskat–Bakı çarter reysinin təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən səfir Rəşad İsmayılov yeni reysin turizm, biznes və insanlararası əlaqələri inkişaf etdirəcəyini vurğulayıb.








