Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsini genişləndirir. 2026-cı il sentyabrın 29-dan etibarən Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti "Wizz Air" Bratislava-Bakı-Bratislava marşrutu üzrə birbaşa reyslərə başlayacaq.
Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Yeni istiqamət Azərbaycanla Slovakiya arasında hava əlaqələrini möhkəmləndirəcək, turizm və işgüzar səfərlər üçün imkanlar yaradacaq.
Biletlər artıq "Wizz Air" rəsmi saytı və digər satış kanallarında mövcuddur.












