Bond.az White LogoBond.az Black Logo

Braziliyada 88 yaşlı kişi dəfnə hazırlıqda dirildi

Braziliyada 88 yaşlı kişi həkimlər tərəfindən ölü elan edildi, lakin dəfnə hazırlıq zamanı dirildi. Dəfn evi işçiləri hərəkət görərək həyatını xilas etdi.

Qədir Seyidov
Müəllif:Qədir Seyidov- Senior Editor
|
0

Braziliyada həkimlərin öldüyünü təsdiqlədiyi 88 yaşlı kişi dəfn olunmağa hazırlıq mərhələsində dirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Mirror" nəşri məlumat yayıb.

Məlumata görə, həkimlər ahıl kişinin xəstəxanada tənəffüs çatışmazlığı səbəbindən dünyasını dəyişdiyini təsdiqləyiblər. Bundan sonra onun cənazəsi dəfnə hazırlanmaq üçün tibb müəssisəsindən çıxarılaraq müvafiq mərkəzə aparılıb.

"Əməkdaşlarımız standart daşıma prosedurunu həyata keçirirdilər. Onlar laboratoriyaya gəlib cənazəni masanın üzərinə qoyanda qarın nahiyəsində qeyri-adi hərəkət müşahidə etdilər. İlk anlarda onun nəfəs alıb-almadığından tam əmin ola bilmədilər", - deyə dəfn evinin rəhbəri bildirib.

Şahidlər kişinin hələ də həyat əlamətləri göstərdiyini anlayan kimi dərhal təcili tibbi yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər qocaya ilkin yardım göstərərək onu yenidən xəstəxanaya yerləşdiriblər.

Yerli hakimiyyət orqanları baş verən insidenti "vaxtında və lazımi tibbi yardım göstərməmək" maddəsi ilə qeydiyyata alıblar. Xəbərdə vurğulanır ki, əgər dəfn evinin işçiləri diqqətli davranmasaydılar, həkimlərin buraxdığı bu ciddi səhv braziliyalı kişinin diri-diri basdırılmasına və həyatını itirməsinə səbəb olacaqdı.

Digər Xəbərlər
Bu gün / 00:02
|
578

11 sentyabr qocalmanı sürətləndirir

11 sentyabr terrorundan sonra xilasedicilərdə travma sonrası stress pozuntusunun bioloji qocalmanı sürətləndirdiyi aşkar edildi.

0
Dünən / 00:30
|
518

Ağcaqanadları cəlb edən əlamətlər

Ağcaqanadları cəlb edən əlamətlər haqqında mütəxəssis açıqlaması: istilik, qoxu, tünd rəngli geyim və spirt.

0
Dünən / 00:02
|
944

Beyincik qocalıqda zehni necə qoruyur?

Yaşlılıqda zehni aydınlığı qorumağın sirri beyincikdə ola bilər. Yeni araşdırma beyinciyin qocalma prosesindəki rolunu açıqlayır.

0
2026-06-29 05:02
|
551

Günəşdə 2026-cı ilin ən böyük ləkələr qrupu

Günəşdə 4478 saylı ləkələr qrupu 2026-cı ilin ən böyüyü olaraq qeydə alınıb. Sahəsi 1200 vahid olan qrupun fəaliyyəti barədə məlumat.

0
2026-06-29 02:01
|
851

Fumiqator təhlükəsi: gecə boyu işlətmək zərərlidir

Rusiyalı alim fumiqatorların gecə boyu işlək saxlanmasının sağlamlıq üçün təhlükələrini açıqlayıb.

0
2026-06-29 01:01
|
213

Niyə yadplanetlilərin siqnalları tutulmur?

SETI alimləri izah edir: yadplanetlilərin siqnalları ulduz küləkləri və alışmalar səbəbindən təhrif olunur, buna görə də onları tuta bilmirik.

0
2026-06-28 02:30
|
500

Gündəlik Stressin Gizli Səbəbi Açıqlandı

Psixoloq iş yazışmalarının daimi əlçatanlığının emosional tükənməyə səbəb olduğunu açıqlayıb. Stressdən qurtulmağın yollarını öyrənin.

0
2026-06-27 03:31
|
419

Kimlər təyyarə ilə uçmamalıdır?

Təyyarə ilə uçuşun əks göstərişləri: ürək xəstəlikləri, ağciyər problemləri, hamiləlik və daha çox. Mütəxəssis tövsiyələri Bond.az-da.

0
2026-06-26 23:30
|
520

Turşu pilinqi: Gözəllik riskə dəyərmi?

Turşu pilinqinin fəsadları haqqında məlumat: həddindən artıq istifadə dəriyə zərər verə bilər. Mütəxəssis tövsiyələri.

0
2026-06-26 03:01
|
947

5 sağlam içki: uzunömürlülük üçün

Diyetoloq Keytlin Bil uzunömürlülük üçün beş faydalı içki tövsiyə edir: yaşıl çay, qəhvə, qara çay, su və qatıq.

0
2026-06-26 01:01
|
998

Gümüşü buludların sirri açıldı

Gümüşü buludların yaranma səbəbi, metan qazının rolu və atmosferdəki təsirləri haqqında maraqlı məlumatlar.

0
2026-06-25 04:31
|
648

Keyfiyyətsiz yanacağın gizli əlamətləri

Avtomobil mütəxəssisi Roman Qulyayev keyfiyyətsiz yanacağın əlamətlərini açıqlayır. Mühərrikdə titrəmə, güc itkisi kimi siqnallara diqqət edin.

0
...
Braziliyada 88 yaşlı kişi dəfnə hazırlıqda dirildi | Bond.az