Bəzi qidaları bişirməzdən əvvəl yumaq məsləhət görülmür. Bu, bakteriyaların yayılmasına səbəb ola bilər.
Qida təhlükəsizliyi üzrə mütəxəssis Anna Cabakova bildirib ki, çiy quş əti və ət məhsullarını yumaq çarpaz çirklənmə riskini artırır. Su bakteriyaları məhv etmir, əksinə, onları mətbəx səthlərinə yayır.
Yumurtaları isə saxlamazdan əvvəl yumaq qoruyucu təbəqəni zədələyir. Göbələklər suyu udaraq dadını itirir. Paketlenmiş kahılar yenidən yuyulduqda çirklənə bilər.
Mütəxəssis vurğulayıb: tərəvəz və meyvələri yumaq vacibdir, lakin bəzi qidaları yumaq faydadan çox zərər gətirir.












