Rusiyalı psixoloq Leonid Nerovnı iş yerində dedi-qodu yayan həmkarlarla mübarizə aparmağın yollarını açıqlayıb. O, ən yaxşı çıxış yolunun reaksiya verməmək və təkzib etməmək olduğunu vurğulayıb.
Psixoloq bildirib ki, dedi-qodu qurbanına çevrilmisinizsə, özünüzə bəraət qazandırmağa çalışmayın. Bu, dedi-qodu yayanları daha da həvəsləndirəcək.
Nerovnı dedi-qodu mənbəyinin etibarını sarsıtmaq üçün qəsdən yanlış məlumat verməyi təklif edir. Məsələn, dedi-qodu yayana yalan məlumat verin, sonra onu açıq şəkildə təkzib edin.
Psixoloq qeyd edib ki, təşkilatda çoxlu şayiələrin dolaşması rəhbərliklə əməkdaşlar arasında kommunikasiya problemlərindən xəbər verir.












